Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayev yeni rekorda imza atıb.
QAZİLER.AZ saytının Qol.Az-a istinadən yaydığı xəbərə görə, bu, Avropa çempionatının elit-raundu çərçivəsində Yunanıstanla keçirilən yarımfinal matçında baş verib. Sözügedən oyunun 64-cü dəqiqəsində penaltidən fərqlənən R.Şeydayev qitə birinciliyində vurduğu qolların sayını 12-ə çatdırıb. Bununla da o, U-19-un Avropa çempionatı tarixində ən çox qol vuran futbolçu olub.