"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVII turunun "Səbail"lə oyununda təqdirəlayiq addım atıb.
Qaziler.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və "Justice for Khojaly" (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.