Uruqvayın “Qodoy Krus” komandasının hücumçusu Santyaqo Qarsia evində ölü tapılıb
Qaziler.az xarici mətbuta istinadən bildirir ki, onun öldüyü fevralın 6-da bəlli olub.Argentina klubunun 30 yaşlı oyunçusu intihar edib. İdmançının psixiatr nəzarətində olduğu bildirilir.
Klubun mətbuat xidmətindən futbolçunun öldüyü təsdiq edilib və
Qarsianın yaxınların başsağlığı verilib.
Qarsia “Qodoy Krus” komandasında 2016-cı ildən oynayır. Argentinalılardan ibarət tərkibdə oynadığı müddətdə onun hesabında 100 oyun və 46 qol var.
Bundan başqa, oyunçu Braziliya çempionatındakı çıxışları ilə diqqət çəkib və Uruqvayın gənclərdən ibarət yığma komandasının oyunlarına qatılıb.