“İnter“lə oyun çətin keçəcək“ - “Hafnaryordur“un kapitanı

“İnter“lə oyun çətin keçəcək“ - “Hafnaryordur“un kapitanı backend

Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşacaq "Hafnarfyordur" klubunun kapitanı oyunla bağlı fikirlərini bölüşüb.



Qol.Az-ın İslandiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu "İnter"lə oyunların çətin keçəcəyini bildirib:

"Bu, mənim Azərbaycana ikinci səfərim olacaq. "İnter"lə oyunun çətin keçəcəyini bilirik. Ötən mövsüm "Elfsborq" "İnter"i penaltilər seriyasında məğlub edərək III təsnifat mərhələsində bizə rəqib olmuşdu. Təəssüf ki, həmin görüşdə qələbə qazana bilmədik. İndi də qarşımızda çətin tapşırıq var. Ancaq "İnter" səddini keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "İnter" və "Hafnarfyordur" komandaları arasındakı oyunlar 16-23 iyul tarixlərində keçiriləcək.
Diaspora