Azərbaycan “Laçi“nin futbolçusuna viza vermədi

Azərbaycan “Laçi“nin futbolçusuna viza vermədi backend

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah "İnter"lə qarşılaşacaq "Laçi" klubu Bakıya ciddi itki ilə gəlib.

QAZİLER.AZ xəbər verir ki, Qol.Az-ın Albaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Arqend Mustafa Bakıya buraxılmayıb.

Azərbaycana viza ala bilməyən 22 yaşlı futbolçu İstanbul hava limanından Albaniyaya qayıtmalı olub. A.Mustafa Kosova vətəndaşı olması səbəbindən Bakıya gələ bilməyib.

Belə ki, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Kosovanı müstəqil dövlət kimi tanımır. Bu səbəbdən Kosovamın vətəndaşı olan A.Mustafaya viza verilməyib.

Qeyd edək ki, sabah keçiriləcək "İnter" - "Laçi" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb.
Diaspora