Çempionlar Liqasının II təsnifat mərhələsində 17 cütlük

Çempionlar Liqasının II təsnifat mərhələsində 17 cütlük backend

Dünən keçirilən oyunlarla Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub.

QAZILER.AZ xəbər verir ki, Qol.Az-ın məlumatına görə, baş tutan 4 oyundan sonra dörd komanda - Kruzaders”, TNS, “Linkoln” və “Pünik” II təsnifat mərhələsinə yüksəlib.

Bununla da, II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 14-15 və 21-22 iyul tarixlərində keçiriləcək.




Çempionlar Liqasında II təsnifat mərhələsinin cütlükləri


"Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)

APOEL (Kipr) - "Vardar" (Makedoniya)

"Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)

"Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa)

"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan)



BATE (Belarus) - "Dandalk" (İrlandiya)

HİK (Finladniya) - "Ventspils" (Latviya)

"Mitdilland" (Danimarka) - "Linkoln" (Cəbəllürariq)

"Molde" (Norveç) - "Pünik" (Ermənistan)

"Malmö" (İsveç) - "Jalgiris" (Litva)

"Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya)



"Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya)

"Partizan" (Serbiya) - "Dila" (Gürcüstan)

"Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova)

"Fola" (Lüksemburq) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Skenderbeu" (Albaniya) - "Kruzaders" (Şimali İrlandiya)

TNS (Uels) - "Videoton" (Macarıstan)
Diaspora