Arda Turan: “Ən böyük arzum “Barselona“ ilə...“

Arda Turan: “Ən böyük arzum “Barselona“ ilə...“ backend

"Futbola başladığım Bayrampaşanın "Altıntepsi Makelspor"dan bu yerlərə gəldim. "Barselona"da çıxış etmək xəyal idi. Hər bir futbolçu "Nou Kamp"da oynamaq istəyər".


QAZİLER.AZ xəbər verir ki, Qol.Az-ın məlumatına görə, bu sözləri "Barselona"nın yeni transferi Arda Turan Kataloniyanın "Sport" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, ən böyük arzusu Kataloniya klubu ilə Çempionlar Liqasının qalibi olmaqdır:

"Çünki karyeram ərzində qazana bilmədiyim kuboklardan biri Çempionlar Liqasının kubokudur. Həmin kuboku qaldırmağı çox arzulayıram".

Türk yarımmüdafiəçi baş məşqçisi Luis Enrike ilə hələ danışmadığını vurğulayıb:

"Meydanda harada oynayacağım önəmli deyil. Komandaya tezliklə uyğunlaşmaq, komanda yoldaşlarımı tanımaq və kuboklar qazanmaq istəyirəm. Karyeramın ən yaxşı vaxtında "Barselona"ya transfer olundum".

A.Turan Kataloniya klubuna verilən cəza səbəbindən 6 ay oynaya bilməyəcəyinə də münasibət bildirib:

"Bu, mənim üçün problemdir, amma mən "Barselona"ya 6 ay oynamaq üçün yox, 5 il ərzində kuboklar qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, A.Turan "Barselona" ilə 5 illik müqavilə imzalayıb.
Diaspora