Özbəkistanda “Neftçi”-“Turon” oyununda hakimlər döyüldü

Özbəkistanda “Neftçi”-“Turon” oyununda hakimlər döyüldü backend

Özbəkistanda “Neftçi” (Fərqanə) və “Turon” (Yaypan) oyunundan sonra davaya görə altı nəfər saxlanılıb.

Bu barədə “Podyom” xəbər yayıb.

Oyunda davaya səbəb meydan sahibinin uduzması olub. Nəticə ilə razılaşmayan “Neftçi”nin oyunçusu Cəmşid Turkulov penalti təyin etməyən hakimə öz qolunu necə reallaşdıra biləcəyini göstərib və topu birbaşa referenin sinəsinə vurub. Digər oyunçular da hakimlərdən qisas almaq istəyərək onları döyüblər. Arbitrlər ağır travmalar alıblar.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Diaspora