Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən millinin məşqçilər heyətinin üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq, Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.