ABŞ-nın Virciniya ştatının Fairfaks şəhərində güc strukturlarının 5-ci ümumdünya oyunları keçirilib. QAZİLER.AZ xəbər verir ki, Lent.az-ın Ciu-Citsu fedarasiyasına istinadən məlumatına görə, yarışda 70 ölkədən 12 000 idmançı 64 növdə iştirak edib.
Bu yarışda ölkəmizi təmsil edən Milli Təhlükəsizlik Nazirliyinin “Titan” İdman və Sağlamlıq Mərkəzinin idmançıları müxtəlif döyüş növlərində təmsil edərək nəticələr əldə ediblər.
Belə ki, idmanın Braziliya Jiu-Jitsu növündə 90 kq çəki dərəcəsində Muradxan Fərzəliyev 1-ci yerə, 85 kq çəki dərəcəsində Toğrul Quliyev 2-ci yerə və 80 kq dərəcəsində Pərviz Ağayev 3-cü yerə layiq görülüb.
Karatenin WKF növündə isə 85 kq çəki dərəcəsində Səlim Salmanov və 75 kq dərəcəsində Mais Hacımuradov 1-ci yerləri tutublar.
DİN-in əməkdaşı İbişov Elşən 81 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycan Milli Ciu-Citsu Federasiyasının prezidenti Mirəli Seyidovdur.