Braziliyalı futbolçu: “Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm”

Braziliyalı futbolçu: “Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm” backend

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim Azərbaycanı Qarabağ müharibəsində qazanılan qələbəyə görə təbrik edib.

Braziliyalı legioner “Instagram” hesabındakı paylaşımında bu barədə məlumat yerləşdirib:

“Mən sakit oğlanam. Sosial mediada həyatımı göstərməyi xoşlamıram. Ola bilsin ki, bu, bir səhvdir. Amma mən beləyəm.

Son aylarda Azərbaycana görə – Dağlıq Qarabağdakı münaqişəyə görə narahat idim. Ancaq Tanrıya şükürlər olsun ki, bu münaqişə Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. Bütün ölkəni, xüsusən Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm”.



39 yaşlı Ramim 5 ildir ki, Braziliyada məşqçi işlədiyini, Azərbaycanda yığdığı təcrübənin xeyrinə olduğunu bildirib və hətta dünənki oyunda komandasının “Vaqif Sadıqov taktikası” ilə qol vurduğunu göstərib. Zədəsinə görə milli karyerasını başa vurmuş Ramim nə vaxtsa Azərbaycana məşqçi kimi qayıda biləcəyinə ümid etdiyini vurğulayıb.



Qeyd edək ki, Fabio Luis Ramim Azərbaycanda “MKT-Araz” (İmişli), “Olimpik” (Bakı) və “Bakı” klublarında çıxış edib. “Bakı” klubu ilə Azərbaycan çempionu və iki dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-2012-ci illərdə millimizin forması altında çıxış etmiş yarımmüdafiəçi burada 16 oyuna dörd qol vurub. Saytımıza verdiyi açıqlamaya görə, o, hazırda “Amerika” (San Paulu) klubunun 17 yaşadək komandasının baş məşqçisidir. (oxu.az)
Diaspora