Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Neftçi" ilə 2:2 bərabərə qalan "Mladost" klubunun futbolçusu Mirko Rayçeviç oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın Monteneqro mətbuatına istinadən verdiyi məlumata görə, Rayçeviç "Neftçi" ilə cavab matçının çətin keçəcəyini bildirib:
"Vurulan iki qol bizi evdə daha yaxşı oynamağa məcbur edir. İlk görüşdən sonra üstünlüyümüz var və bunu doğma azarkeşlər önündə qorumalıyıq. Cavab matçı çətin olacaq. Çünki "Neftçi" güclü rəqibdir".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 9-da, Monteneqroda keçiriləcək.