Ötən mövsümün sonunda AZAL-dan ayrılan Oskars Klavanın yeni klubu müəyyənləşib. Qol.Az-ın məlumatına görə, latviyalı futbolçu karyerasını vətənində, "Liyepaya" klubunda davam etdirəcək.
Klubun rəsmi saytında 31 yaşlı müdafiəçi ilə bir illik müqavilənin imzalandığı bildirilib.
Qeyd edək ki, 2012-2015-ci illərdə AZAL-da çıxış edən Klava keçirdiyi 85 oyunda 3 qol vurub.