Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. QAZİLƏR-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 20-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.
Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – AZAL matçının 78-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İqbekoyinin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Simurq” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.