"Neftçi" bizim üçün rahat rəqib deyil. Onların heyətində braziliyalı, paraqvaylı və ispaniyalı futbolçular çıxış edir. Lakin komandanın onurğa sütununu azərbaycanlı futbolçular təşkil edir".
QAZİLER.AZ saytının Qol.Az-a istinadən məlumatına görə, bu sözləri "Mladost"un baş məşqçisi Nikola Rakoyeviç Bakıya gəlməmişdən öncə Monteneqro mətbuatına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis "Neftçi"nin cütün favorit olduğunu bildirib: "Neftçi" ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşıb. Həmin oyunla müqayisədə komandada 6 yeni futbolçu var. "Neftçi" hardasa, yeni komandadır. Biz onların ötən mövsümkü oyunlarının videoyazılarını izləmişik. Ancaq bu, kifayət etmir.
İlk oyun zamanı rəqibi daha yaxından tanıyacağıq. Sürətli davranmağa hazır olmalıyıq. Rəqibdə hər hansı boşluq görsək, bundan maksimum yararlanmalıyıq. "Neftçi" istər kağız üzərində, istər büdcəsinə, istərsə də reytinqə görə favoritdir. Ancaq mən təcrübələri istisna olmaqla, rəqibin başqa üstünlüyünü qeyd etməzdim. Komandama inanıram. Bakıdan sərfəli nəticə ilə ayrılacağımıza inanıram".
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.