Amerika kubokunun yarımfinalında Paraqvayı məğlub etməklə (6:1) finala yüksələn Argentina millisinin hücumçusu Lionel Messi oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-a istinadən verdiyi məlumata görə, matçın ən yaxşısı seçilən Messi yığma komandada qol vura bilməməsinə təsssüfləndiyini bildirib:
"Yığma komandada qol vura bilməməyim inanılmazdır. Bu oyuna qədər turnirdə 4 qol vurmuşduq. Lakin Paraqvayla görüşlə 6 dəfə fərqləndik. Təəssüf ki, mən qol vura bilmədim, ancaq komandam finala yüksəldi. Biz çempion olmaq istəyirik. Mənim qol vurmağım önəmli deyil. Əsas odur ki, komandam bunu bacarır".
Qeyd edək ki, Messi Amerika kubokunda yalnız Paraqvayla qrup mərhələsinin oyununda (2:2) bir dəfə fərqlənib.