Avro-2020-də son finalçılar məlum oldu

Avro-2020-də son finalçılar məlum oldu backend

Avro-2020-nin pley-off mərhələsinin oyunlarına start verilib.

Qol.az xəbər verir ki, Avropa çempionatına son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparıb.

A, B, C və D yolunda hərəsində 2 olmaqla, ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Nəticələrə əsasən, Serbiya, Şotlandiya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya, Slovakiya, Macarıstan və İslandiya pley-offun final mərhələsinə yüksəlib.

8 oktyabr

Pley-off, ilk oyunlar

A yolu

22:45. Bolqarıstan - Macarıstan - 1:3
Qollar: Georgi Yomov, 89 - Villi Orban, 17, Jolt Kalmar, 47, Nemanya Nikoliç, 75

22:45. İslandiya - Rumıniya - 2:1
Qollar: Gilfi Siqurdsson, 16, 35 - Aleksandru Maksim, 63-pen

B yolu

22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya - 1:1 (penaltilər seriyası- 3:4)
Qollar: Rade Kruniç, 14 - Nayall Makginn, 53

22:45. Slovakiya - İrlandiya - 0:0 (penaltilər seriyası - 4:2)

C yolu

22:45. Norveç - Serbiya - 1:2
Qollar: Matias Normann, 88 - Sergey Milinkoviç-Saviç, 82, 102

22:45. Şotlandiya - İsrail - 0:0 (penaltilər seriyası - 5:3)

D yolu

22:45. Gürcüstan - Belarus - 1:0
Qol: Tornike Okriaşvili, 7-pen

22:45. Şimali Makedoniya - Kosovo - 2:1
Qollar: Benjamin Kololli, 16-avtoqol, Darko Velkoski, 33 - Floran Haderconay, 29
Diaspora