“Çexin “Arsenal“a keçidinə razılıq vermədim“ – Mourinyo

“Çexin “Arsenal“a keçidinə razılıq vermədim“ – Mourinyo backend

"Çexin "Arsenal"a keçidinin əleyhinə idim. Çünki "topçular" bizim İngiltərədə əsas rəqiblərimizdən sayılır. Bu transferi Xuan Matanın "Mançester Yunayted"ə keçidi ilə eyniləşdirməyin. Çünki Matanın transferinin "Mançester Yunayted"i gücləndirməyəcəyinə əmin idim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib.

Peter Çexin "Arsenal"a keçidinə münasibət bildirən portuqaliyalı mütəxəssis bu qərarın onun razılığı olmadan verildiyini bildirib: "Çex müqaviləsinin sonuna qədər "Çelsi"də qalmalı idi. Yaxud da onun İngiltərə xaricində bir kluba transfer olması daha məqsədəuyğun sayılardı. Mən İngiltərədə çalışdığım dönəmdə Arsen Venger Premyer Liqa çempionluğu yaşamayıb. Ancaq Çexin transferi ilə onun bu arzusunu gerçəkləşdirmək şansı artıb. Komandanın axsıyan yeri qapıçı mövqeyi idi ki, bu boşluğu da Çexlə doldurdular.

Əgər növbəti mövsüm "Arsenal" çempion olarsa, hamımız Çexin "topçular"a keçidinə təəssüflənəcəyik. Mən onun transferinə razılıq vermədim. Lakin bu barədə qərar mənim razılığım olmadan qəbul edildi. Hərçənd rəhbərlik olaraq birgə hərəkət edərək komandanın çempion olması haqda düşünməliyik. Karyeramda ən pis gündür. Ümid edirəm ki, bu son səhvimiz olacaq".

Qeyd edək ki, Peter Çex ötən gün 11 funt-sterlinq qarşılığında "Çelsi"dən "Arsenal"a transfer olunub.
Diaspora