Təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşən "Xəzər Lənkəran" artıq hazırlıqlara start verib. QAZİLER.AZ xəbər verir ki, Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Nevsehir bölgəsində məskunlaşan komanda yol yorğunluğu nəzərə alınaraq günü 45 dəqiqəlik yüngül məşqlə tamamlayıb
Bu gün səhər məşqinə çıxan "Xəzər Lənkəran"da futbolçular fiziki çalışmaları yerinə yetirib.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın Türkiyə toplanışında 17 futbolçu iştirak edir