"Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.O, klubun mətbuat xidmətində açıqlamasında "Molde"nin (Norveç) son illər yüksəlişdə olduğunu bildirib: "Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" "Molde" ilə Bakıda qarşılaşacaq. Görüş sentyabrın 15-i və ya 16-da keçiriləcək.