Bu gün "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Qol.az xəbər verir ki, səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.Xatırladaq ki, paytax təmsilçisi 1-ci təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edib.