Martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək.
QAZİLƏR saytı AFFA-nın saytına istinadən məlumat verir ki, Belarusa yollanacaq komandanın heyətində bir dəyişiklik baş verib.Zədəli Fernando Da Silva Amadeunun əvəzinə toplanışa “Fənər” komandasının üzvü İlkin Hacıyev dəvət olunub.