FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlərimizdən Orxan Məmmədov “Beroe Star” (Bolqarıstan) – “Atlantas” (Litva), Rəhim Həsənov isə “Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya) matçını idarə edəcək.Qeyd edək ki, hər iki oyun iyulun 9-da keçiriləcək.
9 iyul
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu
“Beroe Stara” (Bolqarıstan) – “Atlantas” (Litva)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov
“Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev