"Qəbələ" haqda ətraflı məlumatım yoxdur. Ancaq yaxın günlərdə rəqibimiz haqda məlumat toplayacam".
Qol.Az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Dinamo"nun baş məşqçisi Gia Qequçadze deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ"nin güclü rəqib olduğunu bildirib:
"Qəbələ" güclü rəqibdir. Onlara qarşı oyunlar asan keçməyəcək. Mərhələ adlamaq üçün bütün gücümüzü qoymalıyıq. "Qəbələ"nin bizim üçün arzuolunan olub-olmadığını söyləyə bilmərəm. Çünki istənilən rəqibə qarşı mübarizə aparmalıyıq".
Qeyd edək ki, "Dinamo" və "Qəbələ" arasında ilk oyun iyulun 2-də Tiflisdə, cavab qarşılaşması isə bir həftə sonra Qəbələdə keçiriləcək.