Fransanın “PSJ” klubu Türkiyə və “Atletiko Madrid”in futbolçusu Arda Turanı transfer etmək istəyir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fransızlar bu transferi həyata keçirmək üçün 28 milyon avronu gözdən çıxarıb.
Arda Turanın meneceri Əhməd Bulutun “PSJ” rəsmiləri ilə Parisdə görüşdüyü bildirilib. Avropa mətbuatı Ardanın İspaniyadan ayrılacağını iddia ediblər. “Atletiko Madrid” rəhbərliyi hələ bir cavab verməsə də, Arda Turan isə transferin hər an ola biləcəyini bildirib.