"Sumqayıt"la müqaviləsi başa çatan Əmir Ağayev Azərbaycan ordusuna dəstəyini nümayiş etdirib.
Yenisabah.az xəbər verir ki, israilli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ə.Ağayev Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun şəklini paylaşaraq, "Azərbaycan əsgəri ilə səngərdə çiyin-çiyinə vuruşan generallarımızla fəxr edirik" - sözlərini yazıb.