“Təxti Kuboku“ sınağı

“Təxti Kuboku“ sınağı backend

Fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcəklər.

Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yollanacaq sərbəst güləş yığmamızın heyətində Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) yer alıblar.

Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcəklər. Heyətdə Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək.

Turnirin proqramı:

12 fevral

Sərbəst - 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma - 59 kq, 66 kq, 98 kq, 130 kq

13 fevral

Sərbəst - 65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma - 71 kq, 75 kq, 80 kq, 85 kq
Diaspora