“İnter“, “Neftçi“ və “Qəbələ“nin rəqibləri bəlli oldu

“İnter“, “Neftçi“ və “Qəbələ“nin rəqibləri bəlli oldu backend

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. QAZİLER.AZ saytının Qol.Az-a istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.


Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “İnter”, “Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşib.

"Qəbələ" Gürcüstanın "Dinamo" klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu səfərdə keçirəcək.

"İnter" isə Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi də ilk matçını səfərdə oynayacaq.

"Neftçi" Monteneqronun "Mladost" klubunu sınağa çəkəcək. Bu komandalar arasında ilk oyun Monteneqroda baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulunda 9-da keçiriləcək.



I təsnifat mərhələsinin cütlükləri


"Dinamo" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

"Laçi" (Albaniya) - "İnter" (Azərbaycan)

"Mladost" (Monteneqro) - "Neftçi" (Azərbaycan)



Artıq klublarımızın II təsnifat mərhələsindəki potensial rəqibləri də müəyyənləşib. Klublarımız ilk mərhələni uğurla keçəcəkləri təqdirdə II təsnifat mərhələsində aşağıdakı cütlüklərin qalibləri ilə qarşılaşacaq.


II təsnifat mərhələsində klublarımızın potensial rəqibləri:

"Kukesi" (Albaniya) / "Torpedo" (Belarus) - "Mladost" (Monteneqro) / "Neftçi" (Azərbaycan)

SJK (Finlandiya) / "Hafnarfyordur" (İslandiya) - "Laçi" (Albaniya) / "İnter" (Azərbaycan)

"Domjale" (Sloveniya) / "Çukariçki" (Serbiya) - "Dinamo" (Tiflis, Gürcüstan) / "Qəbələ" (Azərbaycan)
Diaspora