AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.
"Report"un məlumatına görə, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək.Premyer Liqa, referi:
Rəşad Əhmədov
Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov
Birinci divizion, referi:
Tural Qurbanov
Birinci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov