Ukraynanın tanınmış futbolçusu karyerasını başa vurdu

Ukraynanın tanınmış futbolçusu karyerasını başa vurdu backend

Ukraynanın tanınmış futbolçusu Andrey Voronin karyerasını başa vurdu. Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu 35 yaşlı hücumçunun agenti Andrey Qolovaş deyib.

Onun sözlərinə görə, A.Voronin bu qərarı boynundan aldığı zədəyə görə verib: "Hücumçu 2013-cü ilin payızında zədələnmişdi. Əməliyyat zamanı onun boyun bölməsinin diski götürülüb ki, bundan sonra demək olar oynamaq mümkün deyil".

Qeyd edək ki, sonuncu iş yeri Moskva "Dinamo"su olan forvard daha əvvəl Münhenqladbax "Borussiya"sı, "Köln", "Maynts-05", "Bayer", "Herta" və "Liverpul"da top qovub.
Diaspora