Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov koronavirus testindən keçmək istəməyib.
Qazilər.az-ın Apasport.az saytına istinadla verdiyi məlumata görə, rusiyalı idmançı testdən keçməkdən imtina edib.Atası bu virusa yoluxduqdan sonra Moskvada onun da analiz verməsini və müayinədən keçməsini istəmələrinə baxmayaraq, Nurməhəmmədov bu istəyi geri çevirib. Tanınmış idmançı buna ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, Həbib Nurəhmədovun atası Abdulmanal Nurəhmədov hazırda xəstəxanadadır. Ürək-damar çatışmazlığından əziyyət çəkən 57 yaşlı Nurəhmədovun vəziyyətinin ağır olduğu söylənilir.