Güləş üzrə Peru çempionu Cannett Malki Peçe Kalyao şəhərindəki hosteldə ölü tapılıb.
"Report"un "La Fiesta de Lima"ya istinadən verdiyi məlumata görə, 31 yaşlı qadın idmançının iki uşağı qalıb.Polis güləşçinin hostelə bir kişi ilə daxil olduğunu təyin edib. Onun üzündə isə döyülmə izləri olub.
Qeyd edək ki, Cannett Malki Peçe Peru çempionluğunu 2019-cu ildə qazanıb. O, eyni zamanda Panamerika çempionatında 9-cu yeri tutub. Peçenin böyük bacısı 50 kq çəkidə Panamerika Oyunlarının ikiqat mükafatçısıdır.