Həbib Nurməhəmmədovun atası komaya düşdü

Həbib Nurməhəmmədovun atası komaya düşdü backend

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedovun atası və məşqçisi Abdulmanap Nurmaqomedov komaya düşüb.

Qazilər.az xəbər verir ki, bu barədə "Sport-Express" məlumat yayıb.

"Abdulmanapın vəziyyəti çox pisdir, komadadır", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Həbib Nurməhəmmədovun atasının Dağıstanda səhv müalicədən sonra səhhəti pisləşib.

Xatırladaq ki, 25 aprel bazar ertəsi günü Həbibin atası sətəlcəm xəstəliyinə tutulub. Mayın 5-də Abdulmanap Nurməhəmmədov Mahaçqaladan Moskvadakı hərbi xəstəxanalardan birinə təcili aparılıb.

Bu arada irland döyüşçü Konor Makqreqor Abdulmanap Nurməhəmmədovun xəstəliyi ilə əlaqədar Həbib Nurməhəmmədov və ailəsinə dəstək çıxıb: "Abdulmanap Nurməhəmmədovun sağalması üçün dua edirəm. Bu şəxs bütün güləş növləri üzrə düşündüyümüzdən daha çox dünya çempionu yetişdirib, o, əsl dahidir. Bu xəbərdən çox kədərləndim. Bu çətin gündə Nurməhəmmədov ailəsi üçün dua edirəm".

BAKU.WS
Diaspora