"Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.
Lent.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü Fransanın 1-ci liqa təmsilçisi “Lans”da keçirən Alharbi El Jadeyaouinin keçidini həll edliib.Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü 2014/15 mövsümü olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. O, Mərakeş millisinə də çağrılıb.