Koronavirusa yoluxduğum ilk vaxtlarda halsız idim. Beş dəqiqədən bir yorulurdum.
Axar.az xəbər verir ki, bunu koronavirusa yoluxan “Yuventus”un argentinalı ulduzu Paulo Dibala virusun əlamətləri haqqında danışarkən deyib.“Nəfəs almaqda çətinlik çəkirdim. Xəstəliyi ağır vəziyyətdə keçirtdim. Əzələ ağrılarım çox idi. İndi yaxşıyam və məşqlərə başlamışam”, - futbolçu bildirib.