Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib backend

Ekvatorial Qvineyada keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən güclüsünün adına Fil Dişi Sahili və Qana yığmaları arasında oyunda aydınlıq gəlib.

120 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən komandaların duelinin taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Qolsuz bitən matçın ardından hər komanda 11 penalti zərbəsi yerinə yetirməli olub.

Fil Dişi Sahili yığması bu “lotereya”da daha güclü çıxıb – 9:8. 3-cü yer uğrunda qarşılaşmanın taleyini də 11 metrlik zərbələr həll edib. Konqo DR yığması meydan sahiblərindən güclü olub –4:2.

Tarixində 2-ci dəfə bu titula yiyələnən “fillər” ilk uğurunu 1992-ci ildə qazanmışdı. Maraqlıdı ki, 23 il əvvəl də Fil Dişi Sahili finalda Qananı penaltilər seriyasında məğlub etmişdi – 0:0, penaltilərlə - 11:10.

Qeyd edək ki, finalda uduzan Qana millisinin üzvləri fərdi mükafatlarla təsəlli tapıb. Andre Ayyu ən yaxşı bombardir, Kristian Atsu ən yaxşı futbolçu və çempionatın ən gözəl qolunun müəllifi, Kvesi Appia isə “Fair Play” mükafatını n sahibi olub.
Diaspora