Futbol stadionunda iğtişaş: 22 ölü

Futbol stadionunda iğtişaş: 22 ölü backend

Qahirədə futbol stadionunda baş verən iğtişaşlar zamanı 22 nəfər həlak olub.

“Al Arabia”nın xəbərinə görə, Misir Səhiyyə Nazirliyi ölənlərin əksəriyyətinin gözyaşardıcı qazdan boğulduğunu bildirib.

“Zamalek” futbol klubunun azarkeşləri ilə polis arasında toqquşmalar bir neçə fanatın oyuna biletsiz daxil olmaq istəməsindən sonra başlayıb. Şahidlərin dediyinə görə, polis gözyaşardıcı qazı azarkeşlər yandırıcı maddə atmazdan qabaq tətbiq edib.

Qeyd edək ki, 2012-ci ildən bəri Misirdə bir ço çempionat oyunları azarkeşsiz keçirilir. Amma “Zamalek” və “Enbi” komandaları arasında keçirilən oyun publika üçün açıq olub. “Zamalek” azarkeşləri 10 min nəfər tutan stadiona bilet çatışmazlığından narazı qalıblar.

2012-ci ilin fevralında “əl-Əhli” və “əl-Məsri” komandaları arasında keçirilən futbol matçı zamanı 70 nəfər həlak olub.
Diaspora