Teymur Rəcəbovun imtina etdiyi yarışa tamaşaçılar buraxılmadı

Teymur Rəcəbovun imtina etdiyi yarışa tamaşaçılar buraxılmadı backend

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gündən Rusiyanın Yekaterinburq şəhərində başlayan şahmat üzrə İddiaçılar Turnirində koronavirusdan qorunma tədbirlərini gücləndirib.

Oxu.Az xəbər verir ki, oyunların keçirildiyi “Hyatt Regency” hotelinə heç bir tamaşaçı buraxılmayıb.

Media da daxil olmaqla, akkreditə olunmuş şəxslər yalnız tur başlandıqdan beş dəqiqə sonra oyun zonasına daxil ola bilib. Foto və video çəkilişləri aparmağa yalnız şahmatçılardan ən az altı metr məsafədə icazə verilib.

Tamaşaçılar isə oyunları yarışın və FIDE-nin rəsmi saytları, o cümlədən, FIDE-nin “Youtube” kanalı vasitəsilə izləyə biləcək.

Qeyd edək ki, Rusiyada dünəndən bütün beynəlxalq idman yarışları ləğv olunub. Yalnız bu qərar Teymur Rəcəbovun imtina etdiyi İddiaçılar Turnirinə aid edilməyib.
Diaspora