İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba "Instagram"dakı izləyiciləri arasında pul yığımına başlayıb.
"Report"un məlumatına görə, məqsəd koronavirusla mübarizədə UNICEF-ə dəstək olmaqdır.Martın 15-də Poqbanın 27 yaşı tamamlanıb. Bu münasibətlə fransalı yarımmüdafiəçi bildirib ki, 27 000 funt sterlinq (30 000 ABŞ dolları) yığılan kimi məbləği ikiqat artıracaq: "Xoşbəxtəm ki, ailəm, dostlarım və özümün sağ-salamatıq. Amma heç də hamı sağlam deyil. Koronavirus pandemiyası çoxunun, o cümlədən, uşaqların həyatına təsir edir. Belə bir vaxtda biz birgə çalışmalıyıq".
Qeyd edək ki, Pol Poqba Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatında qızıl medal qazanıb.
Pol Poqbanın "Instagram" PAYLAŞIMI