Meningit xəstəliyindən əziyyət çəkən əməkdar məşqçi vəfat etdi - FOTO

Meningit xəstəliyindən əziyyət çəkən əməkdar məşqçi vəfat etdi - FOTO backend

Azərbaycanda tanınmış idman müəllimi meningitdən dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

Belə ki, meningit xəstəliyindən əziyyət çəkən Bayram Mövsümovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bayram Abbas oğlu Mövsümov Azərbaycanın əməkdar məşqçisi və SSRİ idman ustası olub. O, rayonda yunan-roma güləş növü üzrə müəllim kimi fəaliyyət göstərib.
Diaspora