“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub. Lent.az-ın “anspress.com”-a isrinadən məlumatına görə, “Qara Qartallar” Şenol Gönəşlə razılığa gəlib.
Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bu barədə özü məlumat verib: “Beşiktaş” rəhbərliyi ilə görüşdüm. Yüz faiz anlaşmasaq da, hər halda problem yaranacağını düşünmürəm”.“Beşiktaş”ın müxbiri Hakan Gündoğan isə Türkiyə telekanalların birinə açıqlamasında Şenol Günəşlə tam razılıq əldə olunduğunu və bu gün onunla iki illik müqavilə imzalanacağını deyib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq baş məşqçisi son olaraq “Bursaspor”u çalışdırıb.