Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə 32 yaşlı idmançı şəxsi "Instagram" səhifəsində paylaşım edib.Qeyd edək ki, K.Makqreqor sonuncu dəfə ABŞ təmsilçisi Donald Serronu məğlub edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 816-ya çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.