Bakıda təşkil ediləcək böyüklər arasında karate üzrə Avropa çempionatı azarkeşsiz keçiriləcək.
Bu barədə apasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.O bildirib ki, yarış böyük etimalla boş zalda keçiriləcək. Nazirlik rəsmisi bu qərarın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən verildiyini qeyd edib. Səmayə Məmmədova hazırda bununla bağlı Təşkilat Komitəsinin iclasının keçirildiyini də vurğulayıb.
Qeyd edək ki, Avropa çempionatı martın 25-29-da keçiriləcək.