UEFA Çempionlar Liqasının PSJ və "Borussiya" (Dortmund) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşündə izləyicilər olmayacaq.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb koronovirusun yayılmasıdır.Qeyd edək ki, görüş martın 11-də “Park de Prens” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya” qələbə qazanıb - 2:1.
Bundan əvvəl futbol üzrə İtaliya çempionatının 26-cı turunda “Yuventus” “İnter” qaşılaşmasında da azarkeş olmayıb.