“Qarabağ”ın daha bir futbolçusu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının “haberturk.com”a istinadən məlumatına görə, müdafiəçi Bədavi Hüseynov “Trabzonspor”un maraq dairəsinə düşüb.
Bildirilir ki, müdafiə xəttini gücləndirmək fikrinə düşən trabzonlular Bədavi ilə yanaşı, Hollandiyanın “Vitess” klubundan Roşdi Açente ilə də danışıq aparırlar.“Trabzonspor”un artıq bununla bağlı “Qarabağ”a rəsmi müraciət etdiyi vurğulanır. Ağdam klubu isə bu keçid üçün qarşı tərəfdən 1 milyon avro istəyib. Xəbərdə hazırda danışıqların davam etdiyi qeyd olunur.
Xatırladaq ki, Bədavi Hüseynov bir ara Superliqanın digər təmsilçisi “Qaziantepspor”un da maraq dairəsinə düşmüşdü. Mövsüm başa çatan kimi isə “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem “Əskişəhərspor”a keçmişdi.