Çempionlar Liqasına hazırlıqlarını davam etdirən “Qarabağ” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Komandanın aparıcı futbolçularından olan Ansi Aqolli ilə yeni sözləşmə imzalanıb.
Bu xəbəri QAZİLER.AZ saytı Qol.Az-a istinadən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Albaniyalı müdafiəçi daha bir il Ağdam klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2010-cu ildən “Qarabağ”da çıxış edir.