“Qarabağ”ın futbolçusu İlqar Qurbanov komandadan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.
QAZİLER.AZ saytı xəbər verir ki, Qol.Az-a açıqlamasında 29 yaşlı futbolçu hələlik konkret qərar vermədiyini deyib:
“Qarabağ” mənə yeni müqavilə təklif edib. Mən isə hələ ki, bu təklifi qəbul etməmişəm. Ancaq rədd etmişəm demək də düzgün olmaz. İndi istirahətdəyəm. Ayıq başla düşünüb, qərar verəcəm. Təbii ki, “Qarabağ”ın mənim üzərimdə əməyi böyükdür. Bu komandadan ayrılmaq istəməzdim”.
Qeyd edək ki, İ.Qurbanov 2011-ci ildən “Qarabağ”da çıxış edir.