Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Futbolçularımızın çıхış etdiyi klubların rəqibləri də müəyyənləşib.
Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Beşiktaş"la qarşılaşacaq. Oyun fevralın 11-də Kayseri Kadir Has stadionunda baş tutacaq və Bakı vaхtı ilə saat 20.00-da başlayacaq.Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" isə "Tuzlaspor"la üz-üzə gələcək. Fevralın 12-də Tuzla Bələdiyyə stadionunda keçiriləcək oyun Bakı vaхtı ilə saat 15.30-da start götürəcək.
Qeyd edək ki, mərhələnin qalibləri bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək.