Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi

Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi backend

Azərbaycanın daha bir güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

Azvision.az -ın məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi ilk görüşündə Ermənistan təmsilçisi David Ovasapyanı məğlub edib.

Pəhləvanımız 1/8 final mərhələsindəki qarşılaşmada rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Şəriəti bu qalibiyyət sayəsində 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib.
Diaspora