Həbib Makqreqorla hətta 100 milyon dollar müqabilində də görüşmək istəmir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, UFC başçısı Konor Makqreqor və Həbib Nurməhəmmədovun döyüşlərdə qalib gələcəkləri təqdirdə yenidən bir-biri ilə görüşə biləcəkləri haqda vəd verib. Lakin rusiyalı çempion irlandiyalı ilə növbəti dəfə döyüş keçirməyə həvəsli deyil. Dağıstanlı döyüşçünün sözlərinə görə, revanş onunçün heç bir əhəmiyyət kəsb etmir.“Hətta 100 milyon dollar da versələr Makqreqorla revanş mənimçün maraqlı deyil. Bu qədər pulu idmanın başqa növlərinə də qoymaq olar. 100 milyon dollar nəyimə lazımdır? Ona görə ki, o axmağı yenidən əzişdirim?” - deyə Həbib Nurməhəmmədov bildirib.
Xatırladaq ki, Makqreqor yanvarın 18-də Donald Serron üzərində qələbə qazanıb. Nurməhəmmədov isə aprelin 18-də Toni Ferqyusonla görüşəcək.